İsveç qrup 1-cisi oldu, İspaniya 1/8 finalda.VİDEO

Oxunma sayı: 319
23-06-2021, 22:31

İsveç qrup 1-cisi oldu, İspaniya 1/8 finalda.VİDEO
Bu gün Avro-2020-də qrup mərhələsinə yekun vurulacaq.

Arasdırma.info xəbər verir ki, E və F qrupunda keçiriləcək oyunlardan sonra bütün 1/8 final cütləri müəyyənləşəcək.

E qrupunda İspaniya Slovakiya ilə qarşılaşıb və rəqibini darmadağın edib - 5:0. E qrupunun digər matçında İsveç Polşa ilə üz-üzə gəlib və 3:2 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra İsveç 7 xalla qrup 1-cisi, İspaniya isə 5 xalla qrup 2-cisi kimi 1/8 finala yüksəlib.

Slovakiya isə 3 xalla qrup 3-cüsü olub. Yığma digər qrupların 3-cü pillədə yer alan milliləri müqayisədə top fərqinə görə geri qaldığı üçün turnirlə vidalaşıb. Polşa da 1 xalla sonuncu yerlə turnirdə mübarizəni dayandırıb.


“Ölüm qrupu” sayılan F qrupunda da isə Fransa pley-offa vəsiqəni təmin edibsə, digər 3 komandanın 1/8 finala çıxmaq şansı var. Almaniya Münhendə Macarıstanla qarşılaşacaq. Bundestim bu görüşdə rəqibinə uduzmasa, Portuqaliya isə Fransa ilə matçda heç-heçə etsə, hər iki komanda pley-offa yüksələcək.

Turun mərkəzi matçında isə Avropa çempionatının son finalçıları qarşılaşacaq. Portuqaliya Avro-2020-nin finalında məğlub etdiyi, son dünya çempionu Fransa ilə üz-üzə gələcək.

23 iyun

Avro-2020

3-cü tur

E qrupu

20:00.Slovakiya – İspaniya - 0:5
Qollar: Dubravka, 30-avtoqol, Emerik Lyaport, 45+3, Pablo Sarabiya, 56, Ferran Torres, 67, Kuçka, 71-avtoqol
Reallaşdırılmayan penalti: Alvaro Morata, 12 (İspaniya) - qapıçı
Baş hakim: Byörn Kuypers (Niderland)
Sevilya. “Kartuya” stadionu

20:00. İsveç - Polşa - 3:2
Qollar: Forsberq, 2 (1:0), 59 (2:0), Levandovski, 61 (2:1), Levandovski, 84 (2:2), Klaesson, 90+4 (3:2)
Baş hakim: Maykl Oliver (İngiltərə)
Sankt-Peterburq. “Sankt-Peterburq” stadionu//qol.az



Paylaş
Xəbər lentİ