Avro 2020.Çexiya Niderlanda qalib gəldi.VİDEO

Oxunma sayı: 320
27-06-2021, 23:36

Avro 2020.Çexiya Niderlanda qalib gəldi.VİDEO
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.

İkinci oyun gününün ilk matçında Niderland və Çexiya yığmaları üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılmış görüş Çexiyanın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları Tomaş Holeş 68-ci və Patrik Şik 80-ci dəqiqədə vurub.

Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında Bakıda Danimarka və Çexiya yığmaları qarşılaşacaq.

Qeyd edək ki, günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində “Estadio La Cartuja” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Baş hakim almaniyalı Feliks Brix olacaq. Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

Paylaş
Xəbər lentİ