AVRO-2020: Danimarka yarımfinalda - YENİLƏNİB - FOTO

Oxunma sayı: 272
3-07-2021, 22:31

AVRO-2020: Danimarka yarımfinalda - YENİLƏNİB - FOTO
Bu gün Avro-2020-də 1/4 final mərhələsinə yekun vurulacaq.

Arasdırma.info qol.az-a istinadən xəbər verir ki, sonuncu oyun günündə nəzərdə tutulan 2 matçdan 1-i başa çatıb. Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka milliləri qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn Danimarka yarımfinala yüksəlib.

Günün və mərhələsinin son görüşündə isə İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl Bakıda A qrupunun 3 oyunu keçirilib.

3 iyul

1/4 final

20:00. Çexiya - Danimarka - 1:2
Qollar: Dileyni, 5 (0:1), Dolberq, 42 (0:2), Şik, 49 (1:2)
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı. Bakı Olimpiya Stadionu

23:00. Ukrayna - İngiltərə
Baş hakim: Feliks Brix (Almaniya)
Roma. "Olimpiko" stadionu

Paylaş
Xəbər lentİ