Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı

Oxunma sayı: 282
10-07-2021, 07:49

Dünya çempionu koronavirusa yoluxdu, döyüş təxirə salındı
WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə superağır çəkidə dünya çempionu Tayson Fyuri koronavirusa yoluxub.

Arasdırma.info "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən britaniyalı idmançının iyulun 24-də ABŞ-dan olan Deontey Uaylderlə keçirməli olduğu 3-cü döyüş təxirə salınıb. Qarşılaşma oktyabrın 9-da olacaq.

Fyuri ilə yanaşı, bir neçə məşqçinin də analiz nəticələri müsbət çıxıb. Onların hamısı karantinə alınıblar.

Qeyd edək ki, Tayson Fyuri və Deontey Uaylder arasında Las-Veqasda təşkil əvvəlki görüşdə britaniyalı boksçu 7-ci raundda texniki nokautla qələbə qazanıb.//report

Paylaş
Xəbər lentİ