Çempionlar Liqası: "Neftçi" Bakıda da "Dinamo"nu məğlub etdi VİDEO

Oxunma sayı: 309
15-07-2021, 00:43

Çempionlar Liqası: "Neftçi" Bakıda da "Dinamo"nu məğlub etdi VİDEO
Bu gün Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Arasdırma.info xəbər verir ki, son Azərbaycan çempionu “Neftçi” evdə Tbilisi “Dinamo” ilə cavab oyununa çıxıb. "Bakcell Arena"da keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. İlk matçda da eyni hesablı qələbə qazanan Samir Abasovun baş məşqçisi olduğu komanda növbəti mərhələyə yüksəlib.

"Neftçi" 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

Qeyd edək ki, “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

Paylaş
Xəbər lentİ