"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu

Oxunma sayı: 19
22-07-2021, 08:04

"Neftçi" "Olimpiakos"a minimal hesabla uduzdu
Yunanıstanda "Olimpiakos" və "Neftçi" arasında UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu keçirilib.

Arasdırma.info xəbər verir ki, "Georgios Karaiskakis" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Minimal hesabla uduzan "Neftçi" iyulun 28-də "Bakcell Arena"da keçiriləcək cavab görüşü üçün şanslarını saxlayıb.

Paylaş
Xəbər lentİ