Ronaldunun "Mançester Siti"yə keçidi baş tutdu - İDDİA

Oxunma sayı: 277
26-08-2021, 20:02

Ronaldunun "Mançester Siti"yə keçidi baş tutdu - İDDİA
Portuqaliyalı ulduz Kriştianu Ronaldu (Cristiano Ronaldo) "Mançester Siti" ilə razılığa gəlib.

Arasdırma.info xəbər verir ki, bu barədə İtaliyanın "Calciomercato" nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, futbolçu klubla 2 illik müqavilə imzalayacaq. Müqavilənin şərtlərinə görə Ronaldu ilinə 16 milyon avro məvacib alacaq.

Xatırladaq ki, Ronaldu 2018-ci ildən "Yuventus"da çıxış edir. 36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qol vuraraq İtaliya A Seryasının bombardiri olub.//fanat.az

Paylaş
Xəbər lentİ