"Barselona"nın 400 milyon avro qiymət qoyduğu 17 yaşlı türkün hekayəsi

Oxunma sayı: 259
25-09-2021, 01:51

"Barselona"nın 400 milyon avro qiymət qoyduğu 17 yaşlı türkün hekayəsi
Xəbər verdiyimiz kimi, "Barselona" "Kayserispor"dan Emre Demiri transfer edib. La Liqa təmsilçisi növbəti mövsümdən komandaya qoşulacaq 17 yaşlı türk futbolçunun müqaviləsinə 400 milyon avro təzminat maddəsi daxil salıb.

Arasdırma.info xəbər verir ki, Emre Demir 15 yanvar 2004-cü ildə Merisində dünyaya gəlib. O, futbolun sirrlərini həvəskarlar liqası təmsilçisi "Kuvayi Milliyespor"da başlayıb. 2012-ci ildə "Kayserispor" skautlarının diqqətini çəkib və 8 yaşında transfer olunub. Kayseri təmsilçisi Emrenin atasını işlə və ailəni evlə təmin edib.

"Kayserispor"da əvvəlcə U-14 komandasında oynayan Emre 49 oyunda 49 qol vurub. Daha sonra U-15 komandasında meydana çıxdığı 3 matçda 5 dəfə fərqlənib. U-16 komandasının heyətində 30 oyunda 10, U-17-də 7 görüşdə 3 qol vuran futbolçu 2019-cu ilin yanvarında A komandasına yüksəlib.

Emre Demir 2019/20 mövsümünün XI tununda "Kayserispor"un "Gənclərbirliyi"nə 2:1 hesabı ilə qalib gəldiyi matçın 68-ci dəqiqəsində meydana çıxıb. 15 yaşlı futbolçu meydana daxil olduqdan 3 dəqəiqə sonra qol vurub. Bununla da Super Liqada qol vuran ən gənc futbolçu kimi tarixi düşüb.

Yaxşı futbolçu olacığına inandığını 8 yaşında dilə gətirən Emre "Mənə "Messi", "Aleks" deyirlər. Bu xoşuma gəlir. Yaxşı futbolçu olacam. Küçədə çox futbol oynamışam. Atam mənə məşq keçib, rəqibi aldatmağı öyrədim. İndi "Kayserispor"a gedirəm. Futbolda böyük uğurlar qazanacağıma inanıram" demişji.

Qeyd edək ki, Emre Demir Türkiyənin U-14, U-15, U-16 və U-17 milli komandalarında forma geyinərək 6 qol vurub.//fanat.az

Paylaş
Xəbər lentİ