"Qəbələ" "Alkmaar"a uduzdu

Oxunma sayı: 277
30-09-2021, 01:00

"Qəbələ" "Alkmaar"a uduzdu
Bu gün “Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Arasdırma.info xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” 1-ci mərhələnin ilk matçına çıxıb. U-19 Niderland təmsilçisi “Alkmaar”la qarşılaşıb və 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 20-də Niderlandda keçiriləcək. Bu cütün qalibi növbəti raundda “Çikzereda” (Rumıniya) – “Anje” (Fransa) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.

29 sentyabr

Çempionlar yolu

1-ci mərhələ, ilk oyun

17:00. “Qəbələ” (Azərbaycan) – “Alkmaar” (Niderland) - 0:4

Qollar: Nik Koster, 15, 59, Lyuis Şouten, 54, Ro-Zangelo Daal, 78

Baş hakim: Viktor Kopiyevski (Ukrayna)

Qəbələ şəhər stadionu.//qol.az

Paylaş
Xəbər lentİ