“Atletiko” “Barselona”nı məğlub etdi.VİDEO

Oxunma sayı: 265
3-10-2021, 03:59

“Atletiko” “Barselona”nı məğlub etdi.VİDEO
Oktyabrın 2-də futbol üzrə İspaniya La Liqasının 8-ci turun mərkəzi qarşılaşması keçirilib.
Arasdırma.info xəbər verir ki, “Metropolitano” stadionunda keçirilən görüşdə “Atletiko Madrid” klubu “Barselona”nı qəbul edib.

Gərgin keçən görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:0.

Madrid təmsilçisinin heyətində Tomas Lemar və Luis Suares fərqləniblər.

Qələbə sayəsində xallarının sayını 17-ə çatdıran "Atletiko Madrid" ikinci pilləyə yüksəlib. "Barselona" isə 12 xalla 10-cı yerdə qərarlaşıb. Hazırda turnir cədvəlinə bir oyun az keçirən “Real Madrid” başçılıq edir. “Kral” klubunun aktivində 17 xal var. Karlo Ançelottinin yetirmələri bu gün səfərdə “Espanyol” komandasının qonağı olacaq.

Paylaş
Xəbər lentİ