UEFA-nın paylaşımı: "Məğlubedilməz "Qarabağ"

Oxunma sayı: 280
6-10-2021, 08:20

UEFA-nın paylaşımı: "Məğlubedilməz "Qarabağ"
UEFA “Qarabağ”la bağlı paylaşım edib.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu Ağdam təmsilçisinin cari mövsümdəki nəticələri ilə bağlı tvitter səhifəsində paylaşım edib.

Həmin postda Azərbaycan klubunun bu mövsüm məğlub olmadığı vurğulanıb. "Məğlubedilməz "Qarabağ" başlıqlı paylaşımda Qurban Qurbanovun yetirmələrinin ümumilikdə 14 matçda iştirak etdiyi, onlardan 9-da qalib gəlib, 5-də heç-heçə etdiyi vurğulanıb.
Qeyd edək ki, Premyer Liqada keçirdiyi 6 oyunda 14 xal toplayan "Qarabağ" Konfrans Liqasının qrup mərhələsində 2 matçda 4 xalla turnir cədvəlinə başçılıq edir
.UEFA-nın paylaşımı: "Məğlubedilməz "Qarabağ"[

Paylaş
Xəbər lentİ