Türkiyə yığması xal itirdi, Almaniya və Niderlanddan qələbə

Oxunma sayı: 280
9-10-2021, 08:50

Türkiyə yığması xal itirdi, Almaniya və Niderlanddan qələbə
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start verilib.

İlk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma baş tutub.

G qrupunda Türkiyə millisi “Şükrü Saracoğlu” stadionunda Norveçlı qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Matçda hər iki qol ilk hissədə vurulub.

Meydan sahiblərindən Kerem Aktürkoğlu, qonaqlardan isə Kristian Torstvedt fərqlənib. Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqi, Niderland isə Latviyanı məğlub edib.

H qrupunda Malta evdə Sloveniyaya, Kipr Xorvatiya uduzub. Rusiya isə doğma meydanda Slovakiyaya qalib gəlib.

J qrupunda da üç oyun keçirilib.

Almaniya evdə Rumıniya üzərində çətin qələbə qazanıb.

DÇ-2022, seçmə mərhələ

VII tur

8 oktyabr

E qrupu

Estoniya - Belarus - 2:0

Qollar: Erik Sorqa, 58, Sergey Zenyov, 90+3


Çexiya - Uels - 2:2

Qollar: Yakub Peşek, 38, Denni Uord, 49 (avtoqol) - Aaron Remzi, 36, Deniel Ceyms, 69

Xal durumu: Belçika - 16 (6 oyuna), Çexiya - 8 (6), Uels - 8 (5), Estoniya - 4 (5), Belarus - 3 (6).


G qrupu

Cəbəllütariq - Monteneqro - 0:3

Qollar: Adam Maruşiç, 7, Fatoş Beçiray, 44 (penalti); 68


Latviya - Niderland - 0:1

Qol: Devi Klassen, 19


Türkiyə - Norveç - 1:1

Qollar: Kerem Aktürkoğlu, 6 - Kristian Torstvedt, 41

Xal durumu: Niderland - 16, Norveç - 14, Türkiyə - 12, Monteneqro - 11, Latviya - 5, Cəbəllütariq - 0


H qrupu

Malta - Sloveniya - 0:4

Qol: Yosip İliçiç, 27; 60, Andraj Şporar, 49, Benyamin Şeşko, 67

Kipr - Xorvatiya - 0:3

Qollar: İvan Perişiç, 45+2, Yoşko Qvardiol, 80, Marko Livaya, 90+2

Rusiya - Slovakiya - 1:0

Qol: Milan Şkrinyar, 24 (avtoqol)


Xal durumu: Xorvatiya - 16, Rusiya - 16, Sloveniya - 10, Slovakiya - 9, Malta - 4, Kipr - 4.

J qrupu

Lixtenşteyn - Şimali Makedoniya - 0:4

Qollar: Darko Velkovski, 39, Ezcan Alioski, 66 (penalti), Boban Nikolov, 74, Darko Çurlinov, 83


İslandiya - Ermənistan - 1:1

Qollar: İsak-Berqmann Youhannesson, 77 - Kamo Hovhannisyan, 40


Almaniya - Rumıniya - 2:1

Qollar: Serj Qnabri, 52, Tomas Müller, 81 - Yanis Haci, 9

Xal durumu: Almaniya - 18, Şimali Makedoniya - 12, Ermənistan - 12, Rumıniya - 10, İslandiya - 5, Lixtenşteyn - 1.

Paylaş
Xəbər lentİ