Fransa UEFA Millətlər Liqasının qalibi oldu

Oxunma sayı: 285
11-10-2021, 22:26

Fransa UEFA Millətlər Liqasının qalibi oldu
UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

Arasdırma.info məlumatına görə, İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 64-cü dəqiqədə İspaniya yığmasından Mikel Oyarsabal açıb. Bundan cəmi 2 dəqiqə sonra Kərim Benzema bərabərlik, 80-ci dəqiqədə isə Kilian Mbappe qələbə topunu vurub.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib adını 2019-cu ildə Portuqaliya qazanıb.

Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub. //olke.az

Paylaş
Xəbər lentİ