DÇ-2022: Türkiyədən son dəqiqələrdə vacib qələbə

Oxunma sayı: 256
12-10-2021, 19:52

DÇ-2022: Türkiyədən son dəqiqələrdə vacib qələbə
2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VIII tura start verilib.

Arasd;rma.info xəbər verir ki, ilk oyun günündə E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma keçirilib.

E qrupunda Estoniya evdə Uelsə, Belarus isə Çexiyaya uduzub.

G qrupunda Türkiyə millisi Latviyanın qonağı olub. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 15-ə çatdıran Türkiyə millisi 3-cü pillədəki mövqeyini qoruyub. 5 xalı olan Latviya isə 5-cidir. Bu qrupun digər matçlarında lider Niderland xalsız Cəbəllütariqi darmadağın edib, 2-ci yerdə gedən Norveç isə Monteneqroya qalib gəlib.

H qrupunda Xorvatiya Slovakiya ilə bacarmayıb, Sloveniya isə evdə Rusiyaya məğlub olub. Kipr - Malta matçında isə qalib müəyyənləşməyib.

J qrupunda Rumıniya Ermənistanı, Şimali Makedoniya Almaniyanı, İslandiya Lixtenşteyni qəbul edib. Səfərdə Şimali Makedoniyaya qalib gələn Bundestim vaxtından əvvəl dünya çempionatına vəsiqəni təmin edib. Buna Ermənistanın Rumıniyaya uduzması səbəb olub.

Qeyd edək ki, dünya çempionatına birbaşa vəsiqəni 10 qrupda 1-ci yeri tutan komandalar qazanacaqlar. 2-ci pilləni tutan 10 ölkə Millətlər Liqasının ümumi reytinqində 2 qrup qalibləri ilə birgə pley-off mərhələsində üz-üzə gələrək, qalan 3 vəsiqənin sahibini müəyyənləşdirəcək.//axar.az

Paylaş
Xəbər lentİ