Soğanın qiyməti kəskin artdı,1 manata...

Oxunma sayı: 226
26-03-2022, 19:39

Soğanın qiyməti kəskin artdı,1 manata...
Bu gündən Azərbaycanda soğanın qiyməti bahalaşıb.
Arasdırma.info xəbər verir kimeyvə tərəvəz mağazalarında soğanın qiyməti 65 qəpikdən 1 manata qalxıb.
Bunu sahibkarlar topdansatış məntəqələrində soğanın qiymətində böyük artım olduğu ilə qeyd edirlər.

Satıcılarla söhbətimizdən məlum olub ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir: "Deyirlər ki, Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl, soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.

Bəzi satcıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. "Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”, deyə bahalaşmada müharibə faktoruna inanmayanlar deyir.Əslində bu bir bəhanədir.Yerli soğan kifayət qədərdir.Sadəcə anbarlarda soğan azaldığı üçün işbazlar qiymətləri qaldırıb.

Paylaş
Xəbər lentİ