“Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı

Oxunma sayı: 283
3-04-2022, 02:41

“Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı
“Bu gün apardığımız müzakirələr zamanı münasibətlərimizin müxtəlif aspektlərini müzakirə etdik”.

Arasdırma.info Bizim.Mediaya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın xarici işlər naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, 2021-ci ilin yekununa dair məlumata əsasən, Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 10 milyard ABŞ dolları həcminə çatıb:


“İqtisadi sahədə danışarkən enerji əməkdaşlığı bu formatın ən geniş hissəsini təşkil edir. Uzun illər ərzində Azərbaycan İtaliya üçün neft və neft məhsullarının 1 nömrəli təchizatçısı olub. “Trans-Adriatik” boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycan qazının Avropa məkanına, ilk olaraq İtaliyaya çatması mümkün olub.

TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın enerji sahəsində rolu artdı. Hörmətli həmkarıma Azərbaycandakı alternativ enerji mənbələri ilə bağlı istiqamətlərdə də birgə əməkdaşlığın həyata keçirilməsi imkanları barədə də məlumat verdim”.
“Azərbaycan İtaliya üçün neft məhsullarının 1 nömrəli təchizatçısı olub” – XİN başçısı

Paylaş
Xəbər lentİ