Bir sıra saytlarda Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə isə Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi qeyd olunub.
Arasdırma.info xəbər verir ki,Hurriyyet.az-ın əldə etdiyi məlumata əsasən, məsələ ilə bağlı Manset.az-a ekskluziv açıqlamasında polis general-mayoru Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib:
“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orda da işləyə bilərəm. Problem yoxdur”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70