ida məhsullarının etiket məlumatları ilə bağlı tələblər dəyişir.
Arasdırma.info xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, adı, tərkibi, miqdarı, istehsal tarixi, son istifadə tarixi, saxlanma şərtləri, qida dəyəri göstəriciləri qida etiketi hesb olunur. Qida etiketi isə qida məhsulunun "şəxsiyyət vəsiqəsi" dir.
Bəzi istehsalçılar bizim diqqətsizliyimizdən faydalanaraq, məhsulun tərkibini oxunmaz, kiçik şriftlərlə yazır. Eyni zamanda konservantlar, qida boyaları və əlavələri haqqında məlumat vermir, rəngarəng reklam şəkillərinə yer verərək bir növ istehlakçıların diqqətini yayındırmağı bacarırlar.
AQTA yanında ictimai şuranın üzvü Eyyub Hüseynov hesab edir ki, qida məhsullarını seçərkən etiket məlumatlarının oxunması və işarələrə diqqət yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu həmçinin yanvarın 1-dən qüvvədə olacaq "Qida təhlükəsizliyi haqqında" qanunda etiketləmə tələblərinə dair yeni qaydalarda da öz əksini tapıb.
Yeni qanun istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi daşıyır. Eyni zamanda, yeni qanuna əsasən, qida məhsullarına "müalicəvi", "pəhriz" kimi adların verilməsi ləğv ediləcək.
Yeni tələblərlə hər hansi bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi qanunla qadağan edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70