Azərbaycanda satılan 1 kq-lıq qızıl külçələr: onların öz müştəriləri var

Oxunma sayı: 184
12-11-2022, 10:22

Azərbaycanda satılan 1 kq-lıq qızıl külçələr: onların öz müştəriləri var
“Qiymətlərin qısa müddət ərzində artması qızıl külçələrin də qiymətində nəzərə çarpır.
Bakı şəhəri, Bülbül prospekti-3 ünvanında yerləşən mərkəzdə Səhmdar Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda qızıl sikkələr satışda var.
Arasdırma.info xəbər verir ki, “AzerGold”un satdığı qızıl məmulatları,eləcə də qızıl külçələri alanlar az deyil.Çünki rəsmi dövlət mağazası olduğundan etibarlılıq var.


“AzerGold”un ilk Satış və mübadilə yeni mərkəzlərinin istifadəyə verilməsi Azərbaycan Zərgərlik Asossiasiyası ilə əməkdaşlıq şəraitində yerli zərgərlərin xam qızıla təlabatlarının ödənilməsində də mühüm rol oynayacaq.

Tətbiqinə başlanılan yeni sistem bu sahədə ikinci əl bazarının “kölgə iqtisadiyyatı”ndan çıxarılmasına da müsbət təsir göstərəcək. Bu da öz növbəsində, yerli zərgərlik bazarının qaçaqmalçılıq və digər qanunsuz yollarla ölkəyə gətirələn saxta əyarlı məhsullardan azad olmasına töhfə verəcək.

Paylaş
Xəbər lentİ