ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi “Facebook”da paylaşım edib.
“Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!”, - paylaşımda qeyd olunub.
Bundan əvvəl də ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 5 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70