Bu məhsullar bahalaşdı - VİDEO

Oxunma sayı: 86
17-10-2023, 07:30

Bu məhsullar bahalaşdı - VİDEO
Bəzi məhsullar bahalaşıb, bəzi malların isə qiyməti enib.

Arasdırma.info Xezerxeber.az-a istinadən məlumatına görə, bununla bağlı rəqəmlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin apardığı monitorinqlərin nəticəsində müəyyən edilib.

Monitorinqlərə əsasən, ötən ilin oktyabr ayı ilə müqayisədə şəkər tozu, makaron, çay, dana əti, qoyun əti, toyuq əti, düyü, süd, pendir, yerli istehsal olan kərə yağları və soğanın qiymətində artımlar müşahidə edilib.

Dövlət Xidmətinin məlumatında bildirilib ki, çörək, yumurta, günəbaxan və qarğıdalı yağı, marqarin, kartof, qarabaşaq, kələm, sarımsağın qiymətində isə enmə müşahidə olunub.

Dövlət Xidmətinin məlumatında o da bildirilir ki, bazarda aparılan monitorinq və rəqabət təhlilləri zamanı rəqabətin pozulduğu hallar aşkar edildiyi təqdirdə, pozuntuya yol vermiş təsərrüfat subyektlərinə qarşı antiinhisar qanunvericiliyinin tələblərinə uyğun olaraq ciddi tədbirlər görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Paylaş
Xəbər lentİ