Baş bankirdən dollar açıqlaması

Oxunma sayı: 78
2-11-2023, 08:06

Baş bankirdən dollar açıqlaması
Hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir.

Arasdırma.info xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

"Bunun səbəbləri əhalinin milli valyutaya etibarının və manatla gəlirinin artmasıdır", - deyə o qeyd edib.

Bununla belə, sədr deyib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qüvvədə qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.//axar.az

Paylaş
Xəbər lentİ