“Eurohome” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri, iş adamı Azay Möhnətov məhkəməyə verilib.
Arasdırma.info xəbər verir ki,metbuat.az-ın məlumatına görə, iş adamı barədə “Azərsığorta ASC məhkəməyə müraciət edib. Şirkət iş adamının müflis elan olunmasını istəyib. ASC bu məqsədlə “Eurohome” MMC ilə yanaşı onun rəhbərləri olan iş adamı Azay Möhnətov və onun oğlu Aqil Möhnətovun hüquqi və fiziki şəxslər kimi ödəmə qabiliyyəti olmayan hesab edilməsi müflis elan olmasını istəyib.
Ətraflı
Şikayət Bakı Kommersiya Məhkəməsinə təqdim edilib. İş hakim Günay Namazovanın icratına verilib.
Xatırladaq ki, Azay Möhnətov ölkədəki “Eurohome” ticarət şəbəkələri ilə yanaşı “AF” Holding-in sahibi, tanınmış iş adamıdır.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70