1840 manatlıq qurğu ilə bağlı - BNA-DAN AÇIQLAMA

Oxunma sayı: 521
30-12-2019, 15:28

1840 manatlıq qurğu ilə bağlı - BNA-DAN AÇIQLAMA
BNA qurumun dövlət satınalınması üsulu ilə hər birinin qiyməti 1840 manatdan olan 500 ədəd yol nişanın alınması ilə yayılan məlumata aydınlıq gətirib.

Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, alınan qurğu sadə yol nişanı deyil, piyadalar üçün istiqamət göstərici lövhələridir. BNA nümayəndəsi dediklərinin sübutu kimi yeni qurğuların şəkilini açıqlayıb.

Xatırladaq ki, "Bakı Nəqliyyat Agentliyi" (BNA) piyadalar üçün 500 ədəd istiqamət göstərici lövhələrin alınması və quraşdırılması üçün "MG CONSTRUCTION" MMC adlı şirkətlə 920 min manatlıq müqavilə bağlayıb.

Paylaş
Xəbər lentİ