Azərbaycanda qızıl niyə bahalaşır?..

Oxunma sayı: 404
23-04-2021, 03:55

Azərbaycanda qızıl niyə bahalaşır?..
Qızılın qiymətində artımlar davam etməkdədir. Belə ki, son ildə rekorduna imza atan qiymətli metalda axırıncı 1 ildə 17, son 6 ayda isə 24 faiz bahalaşma qeydə alınıb.

Arasdırma.info xəbər verir ki, bu haqda qızıl qəbulu və satışı ilə məşğul olan zərgərlərdən müsahibə alıb.

Zərgər Natiq Səfərovun sözlərinə görə,pandemiya respublikada qızılın qiymətinin artmasına səbəb olub.Bir il ərzində ən azı qızılın bir qramı 10-15 manat artıb."Qızılı əldən alırıq,xaricdən çox az qızıl gəlir.O da baha qiymətə."
Digər qızıl zinət əşyalarının satışı ilə məşğul olan maqsud adlı şəxs qızılın qiymətinin artmasını respublikaya gətirilən müxtəlif problarda olan,türk,italyan və rus qızılını gömrük rüsumunun artmasında görür.Pandemiyanın qııl bazarına təsiri dünyanın bütün ölkələrində var.
Bu gün Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, qızılın 1 qramının qiyməti 89,2 manata bərabər olub. Son bir ayda qızılın bir qramının qiyməti 3,8% və ya 3,3 manat bahalanıb.
Onu da bildirək ki, bir il əvvəl - 2019-cu ilin fevral ayının 21-də qızılın bir qramının qiyməti 73,6 manat olub. Rəqəmlərdən də göründüyü kimi, son bir ildə qızılın qiyməti 21% bahalanıb.
Son 10 il ərzində isə qızılın qiyməti 3 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 10 il əvvəl -2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik dükanlarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir. Başqa metallarla qarışığı olmayan, yalnız qızıldan hazırlanan zinət əşyalarının bir qramı əyarından asılı olaraq 120- 140 manata təklif olunur.
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalanmaqdadır. Hazırda birjalarda bir unsiya (31 qram) qızılın qiyməti 1633 dollara çatıb. Bir ay əvvəl - yanvar ayının 21-də qızılın bir unsiyası birjalarda 1560 dollara satılıb.

Azərbaycanda qızıl niyə bahalaşır?..

Paylaş
Xəbər lentİ