Beş ayda 17 min tonadək şəkər tozu ixrac edilib

Oxunma sayı: 566
17-06-2019, 15:13

Beş ayda 17 min tonadək şəkər tozu ixrac edilib
Bakı, 17 iyun, Arasdirma.info

Yanvar-may aylarında ölkədən 16 min 766 ton şəkər ixrac olunub.

Arasdima.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Hesabat dövründə ixrac edilən şəkər tozunun dəyəri isə 7 milyon 415 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən ilin 5 ayında 9 milyon 769 min dollarlıq 16 min 139 ton şəkər tozu ixrac olunmuşdu.

Paylaş
Xəbər lentİ