Mərkəzi Bank təcili məlumat yaydı - "Azərbaycan pulu..."

Oxunma sayı: 903
7-03-2017, 13:12

Mərkəzi Bank təcili məlumat yaydı - "Azərbaycan pulu..."



Azərbaycan Mərkəzi Bankı ötən il pul bazasını razılaşdırılmış hədəf səviyyəsində saxlamaq üçün aktiv olaraq izafi pul kütləsinin sterilizasiyasını (zafi pulun dövriyyədən çıxarılması) həyata keçirib.

2016-cı ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin 3/4-ü Mərkəzi Bank tərəfindən sterilizasiya edilib. Bu sterilizasiya əməliyyatlarının həcmi pul kütləsinin 50%-dən çoxunu təşkil edib. Bununla da izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olmasının qarşısı alınıb.

Bu barədə hökumətin illik hesabatında bildirilir.

Hesabatda bildirilir ki, "faktiki olaraq pul bazası pul siyasətinin başlıca əməliyyat lövbərinə çevrilib. Ümumilikdə, il ərzində pul bazasının artım tempi pul proqramına uyğun olub. Pul bazasının başlıca artım kanalları (pul proqramında əvvəlcədən razılaşdırılmış) maliyyə sabitliyinə dəstək, o cümlədən bank sisteminin likvidliyinin və ödənişlərin davamlılığının təmin olunması üçün verilən resurslar, bağlanan banklar üzrə əhalinin əmanətlərinin qaytarılması olub".

Qeyd olunub ki, 2016-cı ildə Mərkəzi Bank tərəfindən pul siyasəti qərarları inflyasiya risklərinin qiymətləndirilməsi əsasında qəbul edilib.

Mənbə: marja.az

Paylaş
Xəbər lentİ