Onu sancan gürzəni də götürüb xəstəxanaya getdi — FOTOLAR

Oxunma sayı: 241
31-05-2022, 08:03

Onu sancan gürzəni də götürüb xəstəxanaya getdi — FOTOLAR
Türkiyədə ilan sancan kişi qeyri-adi addım atıb.

Arasdırma.info xəbər verir ki, Türkiyənin Bursa şəhərinə aid olan kəndlərin birində ot biçən kişini gürzə ilanı sancıb.


Ağır yaralanmasına baxmayaraq, 60 yaşlı Əkrəm Kuyumçular adlı kişi həmin gürzəni bir torbaya qoyaraq, xəstəxanaya aparıb.

Xəstəxanada bir həftə müalicə alan Əkrəm evə buraxılıb.

Yaşlı kişi qeyd edib ki, onun xilas olmasına səbəb vaxtında xəstəxanaya müraciət etməsidir. O, hər kəsə müraciət edib ki, ilan vuran kimi dərhal xəstəxanaya getsinlər.

Qeyd edək ki, havaların isinməsilə ilanlar qış yuxusundan ayılır və kəndlilər üçün real təhlükə mənbəyibə çevrilirlər.
Onu sancan gürzəni də götürüb xəstəxanaya getdi — FOTOLAR

Paylaş
Xəbər lentİ