Türkiyədə soyğunçuluq edən şəxsə ağlagəlməz cəza verilib.
Lent.az yerli mediaya istinadən bildirir ki, Əskişəhərdə gənc oğlan 2 azyaşlı şagirdə qarşı soyğunçuluq edib. O, azyaşlıları kimsəsiz küçədə bıçaqla hədələyərək 10 lirə ( təxminən 90 qəpik) pullarını alıb və saxlanılıb.
Ağır Cinayətlər Məhkəməsində ona soyğunçuluq maddəsilə 10 il, ümumilikdə isə 20 il həbs cəzası verilib.
Müttəhimin vəkilinin və dövlət ittihamçısının etirazlarına baxmayaraq, qərar dəyişdirilməyib
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70