Ən gəlirli ixtisaslar - SİYAHI

Oxunma sayı: 150
29-01-2023, 11:29

Ən gəlirli ixtisaslar - SİYAHI
Azərbaycanda ən gəlirli sahələrin adı açıqlanıb.
Araşdırma.info xəbər verir ki,bu sahələr bir neçə hissəyə bölünür.
İlk olaraq səhiyyə işçilərinin adı yer alır.Burada əsasən özəl müəssisələrdə çalışanlar kifayət qədər yaxşı əməkhaqqı alırlar.Həkimlərin sırasında cərrahlar,plastik cərrahlar,nevroloqlar və s.qeyd olunur.Mənbənin bildirdiyinə görə elə həkim var ki,aylıq gəliri 30-40 min AZN təşkil edir.Dövlət müəssisələrində çalışanların da əmək haqqları yüksəkdir.Məsələn TƏBİB-in tabeliyində olan müəssisələrdə əmək haqqı 1000-15000 arasında dəyişir.
Digər gəlirli sahələrdən biri kompyuter mütəxəssisləridir.Onların aylıq gəliri ən azı min manatdan başlayır.Bundan əlavə sosial şəbəkə istifadəçiləri,blogger və tanınmışların aylıq gəliri 3-15 min civarındadır.Təbii ki,bu reklam işləri sayəsindədir.
Şou biznes əhli toylar hesabına qazanır və onların qazancı qeyri müəyyəndir.Müğənnilərin özlərinin dediyinə görə,bir ayda 20 toy da ola bilər,ola bilər iki-üç ay toy olmasın.
Gəlirli sahələrdən biri də,avtomobil təmiridir.Bu sahədə çalışan daha səriştəli,daha yaxşı sənətkarların aylıq gəliri 10-15 min AZN təşkil edir.Mənbənin bildirdiyinə görə,bu sahədə gündəlik 1000-2000 manat qazanan ustalar da az deyil.
Gəlirli sahələrin siyahəsənə biraz da uzatmaq olar.Lakin belə bir məsəl var ki,görünən dağa bələdçi lazım deyil.Öz işini mükəmməl bilən və çalışan hər bir şəxs yaxşı pul qazana bilər.Yetər ki,çalışasan.

Elnarə İbadova.

Paylaş
Xəbər lentİ