Xəzərdə süni torpaq sahələri niyə yaradılır? - Açıqlama

Oxunma sayı: 77
27-04-2024, 08:25

Xəzərdə süni torpaq sahələri niyə yaradılır? - Açıqlama
“Xəzərdə süni torpaq sahələrinin yaradılması Azərbaycan üçün yeni imkanlar açacaq. Bu adalar gələcəkdə həm daşınmaz əmlaka xarici investisiya qoyuluşu, həm turizmin inkişafına müsbət təsir göstərəcək”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a Xəzərdə süni torpaq sahələrinin yaradılması məsələsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, dənizdə süni torpaq sahələrinin yaradılmasından beynəlxalq təcrübədə geniş istifadə olunur. Bəzi ölkələr bundan enerji, nəqliyyat, turizm və.s məqsədlər üçün istifadə edirlər:
“Yaradılacaq adalarda infrastruktur qurulandan sonra sahibkarların çoxu orda fəaliyyət göstərməyə can atacaqlar. Onlara münbit rəqabət şəraiti yaradılmalıdır".
Qeyd edək ki, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılma formaları müəyyən olunub. Layihəyə əsasən, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Paylaş
Xəbər lentİ