İmanın bünövrəsi və hər bir şeyin islah mənbəyi

Oxunma sayı: 837
1-02-2019, 01:40

İmanın bünövrəsi və hər bir şeyin islah mənbəyi
Sədaqət və doğruluq - ali insani sifətlərdən olub, insana səadət gətirən amil kimi tanıdılmışdır.

İmam Əli (ə) buyurur: "Doğru danışmaq - hər bir şeyin islah mənbəyidir".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ona görə də əgər insan doğru və sədaqətli olarsa, axirətinin xeyirli olması onun üçün təmin olunmuş olar. Ancaq bununla yanaşı, təqva da lazımdır. Belə ki, Allah buyurur: "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir (ə))". ("Tövbə" 119).

Doğruluq və sədaqət insanın kəramətindən, izzətindən xəbər verər. Bir gün Salman Farsi Həzrət Peyğəmbərə (s) buyurur: "Yuxarıdakı ayə hamıya aiddir, yoxsa xüsusi insanlara?". Həzrət (s) buyurur: "Ayənin göstərişi bütün möminlərə aiddir. Ancaq sadiq dedikdə, məqsəd - qardaşım və mənim vəsim Əlidir (ə)".

Süyuti, İbni Abbasdan nəql edir: "Sadiqlərlə olun - yəni Əli ibn Əbutalib (ə) ilə birlikdə olun".

Doğruluq - ali məqsədin qızıl açarıdır. Heç kəs sədaqətə malik olmadan, həqiqi iman gətirə bilməz. İmam Əli (ə) buyurur: "Doğruluq - müsəlmançılığın sütunu və imanın bünövrəsidir".

Heç bir ev bünövrə və sütunu olmadan ayaqda dayana bilməz. Eləcə də din - əgər bu iki mühüm amil olmazsa, həqiqi olmaz. Belə bir insanın ölüdən heç bir fərqi olmaz. Çünki sədaqəti olmayan iman İmam Əlinin (ə) nəzərinə görə başsız bədən kimidir.

Ona görə də deyə bilərik ki, dinimizin nəzərinə görə, insanın əzəmət və izzəti - doğruluq və sədaqət xəzinəsində gizlənmişdir. Xoşbəxtlik ancaq o kəslərə nəsib olar ki, bu xəzinənin kilidini açar və özünü bu gözəl sifətlə bəzəyər.

İmam Əli (ə) buyurur: "Nicat və kəramət, sədaqət vasitəsilə əldə olunur".
Milli.az

Paylaş
Xəbər lentİ