Milyardda bir hadisə: On tonluq göy cismi bu cür partlayır - VİDEO

Oxunma sayı: 376
24-12-2020, 21:28

Milyardda bir hadisə: On tonluq göy cismi bu cür partlayır - VİDEO
Hadisə bir çox şahid tərəfindən lentə alınıb. Məlumatlara görə, düşmə şaquli deyil, üfüqi olub. Parıltı təxminən 30 saniyə davam edib

Çinin Seysmoloji Mərkəzi ötən gün yerli vaxtla saat 07:25-də (Moskva vaxtı ilə 02:25-də) Tsinxay əyalətində meteoritə bənzər bir cismin düşdüyünü qeydə alıb.

Arasdırma.info Sputnik Azərbaycana istinadla xəbər verir ki, Kenxi Universitetinin professoru Yevgeni Zubko bildirib ki, kosmik cismin radiusu 1 metrə qədər və kütləsi təxminən 10 tona qədər ola bilər.


Onun sözlərinə görə, belə ölçülərə malik meteoritlərə milyarddan bir rast gəlinir.

Hadisə bir çox şahid tərəfindən lentə alınıb. Məlumatlara görə, düşmə şaquli deyil, üfüqi olub. Parıltı təxminən 30 saniyə davam edib. Yevgeni Zubkonun fikrincə, obyektin yerlə toqquşduğu yerdə ciddi əlamətlər olmalıdır. Çinli mütəxəssislər düşmüş cismi və ya onun böyük qırıqlarını tapacaqlar.


Paylaş
Xəbər lentİ