Toy gecəsi bakirə olmadığı ortaya çıxan 22 yaşlı qızı bu hala saldılar

Oxunma sayı: 364
3-01-2021, 21:10

Toy gecəsi bakirə olmadığı ortaya çıxan 22 yaşlı qızı bu hala saldılar
İndoneziyanın şəriət qaydaları ilə yaşayan Açe əyalətinin Banda Açe kənd sakinləri toy gecəsi bakirə olmadığı ortaya çıxan 22 yaşılı qızı sərt cəzalandırıblar.

22 yaşlı qıza yaşadığı kənddəki stadionda camaatın gözü qarşısında 100 şallaq vurulub.

Gənc qızın ağrı-acı çəkdiyi həmin səhnəni kənd sakinləri sakitcə izləyiblər.

Cəzası başa çatan kimi vəziyyəti ağır olan qızı dərhal xəstəxanaya aparıblar.
///Milli.Az

Paylaş
Xəbər lentİ