Ərindən boşanıb qayınatasına ərə getdi

Oxunma sayı: 396
21-04-2021, 16:14

Ərindən boşanıb qayınatasına ərə getdi
ABŞ-ın Kentukki ştatının Harrodsberq şəhər sakini keçmiş ərinin atasına ərə gedib və münasibətlərini hekayəsini danışıb.

Arasdırma.infonun Lent.az-aistinadla verdiyi xəbərə görə, Erika Kviqql 19 yaşında məktəbdəki rəfiqəsinin böyük qardaşı 27 yaşlı Castin ilə evlənib. İki il sonra onların oğulları doğulub, ancaq tezliklə ərlə arvadın münasibətləri pozulub.

Castin evdə qalmağı sevirdi və az şeylə kifayətlənirdi, həyat yoldaşı bir karyera qurdmuşu, səyahət etmək arzusunda idi və bütün tədbirlərdə iştirak edirdi. Məsələn, qayınatası Ceffin ev sahibliyi etdiyi maşın şoularına pin-up paltarı geyinirdi, beləcə, ortaq maraqlarının olduğunu və yaxınlaşdıqlarını müəyyən edirlər.


Tezliklə Erika qayınatasına evlilik problemləri barədə danışmağa başlayıb.

O, bir müddət sonra ərindən boşanmaq qərarı verir və oğlu ilə valideynlərinin yanına qayıdır. Lakin Erika tezliklə Ceffə qarşı hisslərinin olduğunu başa düşür və bunun qarşılıqlı olduğunu öyrənir. Bunu keçmiş əri ilə müzakirə edir və o, onların birliyinə müdaxilə etməyəcəyini söyləyir. Boşanma prosesi bitdikdən sonra Erika və Ceff evlərinə köçürlər.

Tezliklə cütlük münasibətləri qanuniləşdirir və bir qızları olur. Erika keçmiş əri ilə ünsiyyət qurmağa davam etdiyini, birlikdə bir oğul böyüdüklərini iddia edir.

Ceff ilə romantikasının keçmiş ərindən ayrılmaq qərarına gəldikdən sonra başladığını və bunun boşanma səbəbi olmadığını vurğulayıb.

Amerikalı böyük yaş fərqinin münasibətlərinə mane olmadığını da əlavə edir: Erika 29, Ceff isə 58 yaşında evləniblər.

Paylaş
Xəbər lentİ