ELM ADAMLARI: BU TARİXDƏ YER KÜRƏSİNDƏ YAŞAMAQ OLMAYACAQ

Oxunma sayı: 334
1-10-2021, 02:53

ELM ADAMLARI: BU TARİXDƏ YER KÜRƏSİNDƏ YAŞAMAQ OLMAYACAQ
Qlobal istiləşmə nəticəsində Yer kürəsinin beş yüz il ərzində yaşamaq mümkün olmayan bir yerə çevrilməsi ehtimal olunur.

ONN media xəbər verir ki, belə bir qənaətə kanadalı və ingilis alimlərinin Uiley onlayn-kitabxanasında dərc etdikləri məqalədə qeyd olunub.

Tədqiqatçılar BMT-nin iqlim strategiyası sənədinə diqqət çəkərək qlobal orta temperatur artımına qarşı səylərini təcili olaraq artırmağa çağırış ediblər. Alimlərin fikrincə, uzunmüddətli risklər səhvən BMT-də nəzərə alınmır.
Mütəxəssislər planetdəki dəyişikliklərin üç modelini təqdim ediblər. Ən pis olanı isə dövlətlərin sərhədlərinin yerdəyişməsi və ya hətta bir növ olaraq insanın yox olma təhlükəsidir.

"Qlobal istiləşmə dayandırılmasa, beş yüz ildən sonra Yer o qədər dəyişəcək ki, biz tarixi və coğrafi köklü mədəniyyətlərimizi yaşamaq və qorumaq üçün mübarizə aparmalı olacağıq" – tədqiqatçılarının məqaləsinədə deyilir.

Paylaş
Xəbər lentİ