Maslyakov KVN-in “Bakı liqası”nı ləğv etdi

Oxunma sayı: 283
28-01-2022, 23:15

Maslyakov KVN-in “Bakı liqası”nı ləğv etdi
KVN-in Bakı – Azərbaycan liqası ləğv edilib.

Arasdırma.info xəbər verir ki, bu barədə Soçidə keçirilən KiViN-2022 KVN komandalarının Beynəlxalq Festivalının nəticələrinə əsasən qəbul edilən qərarda qeyd olunub.

Qərara əsasən, aşağıdakı liqalar “KVN-in rəsmi liqası” statusundan məhrum edilib:

1. Bakı - Azərbaycan liqası

2. Bişkek - Ala-Too liqası

3. Vladimir - Rus Vladimiri liqası

4. Vışnik Voloçek - Kiçik şəhərlər liqası

5. İrəvan - Ermənistan liqası

6. Kişinyov - Moldova liqası

7. Tomsk – Tomsk liqası

8. Xarkov – Vostok.ua

9. Barnaul – Altay liqası

10. Yekaterinburq - Sverdlovsk liqası

11. Adıgey (Maykop) – Adıgey liqası.

Qeyd edək ki, KVN Beynəlxalq İttifaqının prezidenti Aleksandr Maslyakovdur.//axar.az

Paylaş
Xəbər lentİ