Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir - "Ağadadaşla diaqnozumuz eynidir"

Oxunma sayı: 220
5-05-2022, 08:41

Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir - "Ağadadaşla diaqnozumuz eynidir"
"Afaq Bəşirqızı xərçəngdən əziyyət çəkir, ağır əməliyyatlar keçirib"

"Amaliya Pənahova həyatının son günlərində görünüşünü tamam itirmişdi. Yazdılar plastik əməliyyat etdirib. Amma Amaliya xanım həmin xəstəlikdən tamamilə ətini tökmüşdü".

Arasdırma.info xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Günün sədası" verilişində deyib. Aktrisa mərhum Xalq artisti Amaliya Pənahovanın xərçəngdən əziyyət çəkməsindən danışıb. Proqramın aparıcısı Nanə Ağamalıyeva A.Bəşirqızının da ağır xəstəlikdən əziyyət çəkdiyini deyib.

Verilişdə digər qonaq Xalq artisti Ağadadaş Ağayev A.Bəşirqızınınağır əməliyyatlar keçirdiyini söyləyib.

"Bizim diaqnozumuz eynidir. Bilmirdim ki, o da ağır əməliyyatlar keçirib".

"Ən böyük arzum idi ki, Ağadadaş salamat ayağa qalxsın. Biz eyni vaxtda xəstələndik, eyni diaqnoz qoyuldu. Ən böyük arzum idi ki, o, salamat gəlsin və efirə bir çıxaq" -, Afaq Bəşirqızı söyləyib.

Qeyd edək ki, xərçəngdən əziyyət çəkən Ağadadaş Ağayev 6 dəfə İstanbulda əməliyyat olunub. //axsam.az

Paylaş
Xəbər lentİ