Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir - ŞOK AÇIQLAMA

Oxunma sayı: 208
4-07-2022, 21:27

Zaur Baxşəliyev ATV-yə rəhbər gətirilir - ŞOK AÇIQLAMA
Teleaparıcı Zaur Baxşəliyev "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nə (ATV) rəhbər gətirilir.

Arasdırma.info demokrat.az-a istinadən xəbər verir ki, yaxın günlərdə bununla bağlı telekanalda qərar qəbul olunacaq.

Məlumata görə, ATV-nin fəaliyyət sahəsində dəyişiklik olunacaq. Bundan sonra ATV-nin sırf şou proqramları yayımlayan telekanal kimi ixtisaslaşdırılması nəzərdə tutulur. Bu məqsədlə də teleaparıcı Zaur Baxşəliyevin yaxın günlərdə ATV-yə rəhbər təyin olunması gözlənilir.

Qeyd edək ki, "konkret.az" saytı ARB və ATV telekanalları rəhbərlərinin Prezident Administrasiyasına çağırılması barədə məlumat yayıb.

Xatırladaq ki, ATV-nin hazırkı prezidenti Azər Xəlilov bu vəzifəyə 2017-ci ildə təyin olunub.

Azər Nəriman oğlu Xəlillov Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. Uzun müddət Azərbaycan mediasında fəaliyyət göstərib. 2001-ci ildə BBC Azərbaycan xidmətində işə başlayıb. Təxminən 11 il Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan ATV İnternational teeviziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013-cü ildən yeni yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik etməyə başlayıb.

Paylaş
Xəbər lentİ