Aparıcılara Şəbnəm-Damla qadağası

Oxunma sayı: 199
28-07-2022, 16:27

Aparıcılara Şəbnəm-Damla qadağası
Müğənni Damla aparıcılara qadağa qoyub.

Arasdırma.info axşam.az-a istinadən bildirir ki, sənətçi verilişlərə gedərkən ona həmkarı Şəbnəm Tovuzlu ilə bağlı sual verilməməsini tapşırıb. Eyni qadağanı Şəbnəmin də qoyduğu ortaya çıxıb.

Şəbnəm xəbəri təsdiqləyərək bunları əlavə edib:

"Bunu bir çox aparıcı dostuma qadağan etmişəm. Daha doğrusu, qadağa kimi yox, xahiş etmişəm. Proqrama dəvət olunmuşamsa, mənə bir neçə müğənnilər, başda da Damla haqqında sual verilməsin. Onlar haqda danışmaq istəmirəm. Elə suallar verirlər ki, müğənnilərlə salam-sağ olumuz varsa da, qalmır. Bir-birimizin xətrinə dəyir, münasibətimizi tamamilə bitiririkş Ona görə də ən yaxşısı sual verilməməsi və bizim danışmamağımızdır".


Qeyd edək ki, Şəbnəm və Damla arasında uzun müddətdir inciklik var.

Paylaş
Xəbər lentİ