Aktyora bacısından qaraciyər köçürüldü

Oxunma sayı: 157
5-08-2022, 02:27

Aktyora bacısından qaraciyər köçürüldü
Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.

Arasdırma.info xəbər verir ki, bu barədə kult.az-a aktyorun həyat yoldaşı məlumat verib.

O bildirib ki, əməliyyat uğurla başa çatıb:


"Hazırda Elvin oyanıb və vəziyyəti stabildir. Donor da yaxşıdır. Əməliyyat 6 saatdan çox davam etdi. Hər şey qaydasında olarsa, həkimlər 12-15 günə evə buraxılacağını bildirdilər".

Qeyd edək ki, uzun müddət qaraciyər serrozundan əziyyət çəkən aktyorun donoru bacısı olub.

Paylaş
Xəbər lentİ