Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi

Oxunma sayı: 189
17-10-2022, 16:49

Azərbaycanın “Avroviziya 2023”də iştirakı təsdiqləndi
İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib.

İTV-nin Mərkəzi Aparat rəhbərinin müavini Ələsgər Vəliyev BAKU.WS-ə bildirib ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq.

Beləliklə, Azərbaycan qarşıdan gələn Avroviziya Mahnı Müsabiqəsində iştirakını indiyədək təsdiqləyən ölkələrin siyahısına qoşulur.

Qeyd edək ki, sonuncu dəfə 2022-ci ildə Turində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı gənc müğənni Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə təmsil edib.

Paylaş
Xəbər lentİ