Evlənmək üçün Elgizin verilişinə gələn Nüsrət peşəkar oğru imiş - 3 ölkədə məhbəs həyatı yaşayıb

Oxunma sayı: 223
16-11-2022, 12:10

Evlənmək üçün Elgizin verilişinə gələn Nüsrət peşəkar oğru imiş - 3 ölkədə məhbəs həyatı yaşayıb
ARB telekanalında yayımlanan "Elgizlə izlə" proqramında hər kəsi təəccübləndirən hadisə yaşanıb.

Uzun müddətdir efirdə iştirak edən, evlənmək üçün xanım axtaran Nüsrət adlı şəxsin dəfərlərlə oğurluğa görə həbs olunduğu bildirilib.


Bu barədə elə Nüsrət özü məlumat verib. O, ümumilikdə 10 il məhkumluq həyatı yaşadığı üçün ona heç yerdə iş verilməməsindən danışıb.

Nüsrət 4 il Azərbaycanda, 3 il Gürcüstanda, 3 il isə Rusiyada həbxanada yatdığını etiraf edib. Onun bu sözləri studiyadakı ekspertləri və tamaşaçıları şoka salıb.

Paylaş
Xəbər lentİ