Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin adından dələduzluq edən şəxsdən xəbər var

Oxunma sayı: 178
29-11-2022, 18:41

Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin adından dələduzluq edən şəxsdən xəbər var
Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən keçmiş telekanal əməkdaşı Ayxan Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.



Arasdırma.info xəbər verir ki, məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.



Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.



Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.//pravda



Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınır.



İttihama görə, Ayxan Məmmədli bir neçə nəfərin etibarından sui-istifadə edərək onlardan pul alıb.



Təqsirləndirlilən şəxs aldığı pulları 10-15 faizlə geri qaytaracağını deyib.



Ayxan Məmmədli zərərçəkmiş şəxslərə sosial evlərdən mənzil almaq, həbsdən adam çıxarmaq, tibb sertifikatı almaqla bağlı vədlər verib.



O, ümumilikdə 300 min manatdan artıq pulu dələduzluqla ələ keçirməkdə ittiham olunub.



Təqsirləndirlilən şəxs ifadəsində zərərçəkmiş şəxslərin əksəriyyətinin dedikləri ilə razılaşmayaraq dəymiş ziyanın çoxunu geri qaytardığını deyib.



İttihamda qeyd olunub ki, Ayxan Məmmədli ARB telekanalının aparıcıları Elgiz Əkbər və Xoşqədəm Hidayətqızının adından istifadə edərək onlardan pul istəyib.



Zərərçəkmiş şəxs Gülşən Seyidovanın istintaqa dediyinə görə, Ayxan Məmmədli söz verib ki, Xoşqədəm Hidayətqızı onun daun sindromlu xəstəsi olan nəvəsini başqa ölkədə müalicəyə göndərəcək. Bunun müqabilində ondan 3 min manat pul alıb.



Məhkəmədə məlum olub ki, cinayət işi ilə bağlı Xoşqədəm Hidayətqızı istintaqda ifadə verib. Aparıcı onun adından deyilənləri təkzib edib.



İttiham olunan şəxs həqiqətən də Elgiz Əkbərin aparıcılıq etdiyi verilişdə çalışdığını desə də, onun və Xoşqədəm Hidayətqızının adından istifadə etdiyini boynuna almayıb.

Paylaş
Xəbər lentİ