Vado Korovin "Space"-in bədii rəhbərini işdən çıxardı - FOTO

Oxunma sayı: 138
24-02-2023, 00:50

Vado Korovin "Space"-in bədii rəhbərini işdən çıxardı - FOTO
"Space" TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.
Arasdırma.info xəbər verir ki,Axşam.az-ın məlumatına görə, 2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.
İman Məcidov açıqlamasında xəbəri təsdiqləyib:
“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə, mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik".
Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə "Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.
Vado Korovin "Space"-in bədii rəhbərini işdən çıxardı - FOTO

Paylaş
Xəbər lentİ