Elçin Əlibəyli də “Space”dən getdi

Oxunma sayı: 138
28-02-2023, 23:12

Elçin Əlibəyli də “Space”dən getdi
“Space” TV-dən ayrılan daha bir şəxs, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı Elçin Əlibəyli olub.

Arasdırma.info xəbər verir ki,məlumata görə, E.Əlibəyli bir neçə həftə öncə kanaldan ayrılıb. Onun “Elin sözü” layihəsinin yayımı da dayandırılıb.

Qeyd edək ki, proqram bundan sonra “Elə çarə” adıyla Kanal S-də efirə gedəcək.

Onu da bildirək ki, ötən günlərdə kanalın yeni rəhbəri vəzifəsi Vado Karovinə tapşırılıb. Onun gəlişindən sonra aparıcı Turan İbrahimov da televiziyanın format dəyişdirməsi səbəbilə kanaldan ayrılıb.//olay

Paylaş
Xəbər lentİ