Teatr direktorunun ittiham etdiyi məsul şəxs işdən çıxarıldı - Video

Oxunma sayı: 132
1-03-2023, 00:31

Teatr direktorunun ittiham etdiyi məsul şəxs işdən çıxarıldı - Video
Mədəniyyət naziri əvəzi Adil Kərimlinin vəzifəsindən azad etdiyi şəxslər sırasında Könül Cəfərova xüsusilə diqqət çəkib.

Arasdırma.info Olay-a istinadla xəbər verir ki, teatr sektorunun keçmiş müdirinin adı ötən il Dövlət Kukla Teatrın direktoru Rəşad Əhmədzadənin müsahibəsi zamanı çəkilmiş, ciddi məsələlərdə ittiham olunmuşdu.

R. Əhmədzadə K. Cəfərovanı teatrda aparılan zamansız yoxlama ilə bağlı günahlandırmış, sifarişçinin o olduğunu iddia etmişdi:

“Bu proses 2021-in 29 dekabrından da əvvəl başlayıb. Teatrımızın 90 illiyi idi, mən də mükafatlandırma üçün siyahı göndərdim. Lakin məktuba cavab verilmədi. Əksinə, Teatr Sektorunun müdiri Könül Cəfərova bildirdi ki, heç kimə mükafat verilmir.

Mən YUĞ teatrında direktoru müvəqqəti əvəz edəndə iki gün ərzində işdən azad etdiyim 44 nəfərin içində idi. Orada dram artisti, rejissor köməkçisi vəzifəsində çalışmışdı. Hər halda heç kəs bilmir ki, dram artisti kimi hansı rolları oynayıb”.

Xatırladaq ki, A. Kərimli, K. Cəfərova da daxil olmaqla, 30-dan çox vəzifəli şəxsi işindən azad edilib.

Paylaş
Xəbər lentİ