Ölkədə əyləncəli verilişlərin yayımı dayandırıldı

Oxunma sayı: 139
12-04-2023, 07:49

Ölkədə əyləncəli verilişlərin yayımı dayandırıldı
Xəbər verdiyimiz kimi, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.

Arasdırma.info xəbər verir ki, Vətən uğrunda həlak olan şəhidlərimizlə əlaqədar Azərbaycan teleməkanında əyləncəli verilişlərin yayımı dayandırılıb.

Bu gün Xəzər TV-də nümayiş olunan "Xəzər axşamı” verilişi erkən sonlandırılıb, ATV kanalının "7 canlı", ARB kanalının isə "Həmin Zaur" proqramı yayımlanmayıb.

Paylaş
Xəbər lentİ