"Şofer Əhməd" kimi tanınan məşhur aktyor reanimasiyadadır

Oxunma sayı: 140
11-05-2023, 22:46

"Şofer Əhməd" kimi tanınan məşhur aktyor reanimasiyadadır
Azərbaycan kino tarixində qırxdan artıq obraz yaradan Əməkdar artist Elxan Qasımov hazırda özəl xəstəxanaların birində reanimasiyadadır, vəziyyəti stabil-ağırdır.
. Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır. Bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib. Rəşad Qasımovun sözlərinə görə, aktyor hazırda reanimasiyadadır, vəziyyəti stabil-ağırdır.
Xatırladaq ki, dünən Mədəniyyət Nazirliyi Əməkdar artistin səhhəti ilə bağlı məsələni nəzarətə götürdüyü barədə məlumat yaymışdı.//sputnik
Elxan Qasımov kimdir?
Elxan Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına ADİİ-nun aktyorluq (1962-1966), Leninqrad DTMKİ-nun rejissorluq fakültəsində təhsil alıb (1973-1978). "Əhməd haradadır" filmindən "Şofer Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüş sənətkar "Qatır Məmməd", "Otel otağı", "O qızı tapın", "İstintaq", "Bizim küçənin oğlanları" kimi 40-dan artıq filmdə rol alıb.
Əhməd haradadır filminə baxmaq istəyənlər üçün .

Paylaş
Xəbər lentİ