Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI

Oxunma sayı: 127
18-05-2023, 08:28

Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini AÇIQLADI
Xalq artisti Ramiz Məlik onkoloji xəstəlikdən əziyyət çəkdiyini açıqlayıb.

Arasdırma.info xəbər verir ki, sənətkar bununla bağlı “Facebook” səhifəsində məlumat yayıb.

Aktyor bildirib ki, hazırda Milli Onkologiya Mərkəzində müalicə alır:

“Milli Onkologiya Mərkəzinin rəhbəri akademik Cəmil Əliyev başda olmaqla bütün tibb personalına, müalicə həkimim Anar Məmmədova göstərdikləri qayğıya görə dərin təşəkkürümü bildirirəm. Mədəniyyət nazirimiz Adil Kərimliyə şəxsən qayğıma qaldığı və nəzarətdə saxladığına görə təşəkkür edirəm! Hamınızdan çox razıyam, tezliklə sağalıb sizinlə görüşmək üzərə… Hörmətlə, Xalq artisti Ramiz Məlik”.

Qeyd edək ki, bu gün redaksiyamızın əməkdaşı R.Məliklə əlaqə saxlayıb. Aktyor səhhətinin yaxşı olduğunu bildirib. //bizimmedia

Paylaş
Xəbər lentİ